Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı pleymeykerlərinin adlarını açıqlayıb.
QOL.az xəbər verir ki, belçikalı Kevin de Brüyne 1-ci olub. “Mançester Siti”nin yarımmüdafiəçisi 2020 və 2021-ci ildən sonra üçüncü dəfə hamıdan çox səs toplayıb. 5 dəfə ilin pleymeykeri yarışında birinci olan argentinalı Lionel Messi bu dəfə ikinci yerdə qərarlaşıb.
Ən yaxşı 10 pleymeyker:
1. Kevin De Bruyne (Belçika / “Mançester Siti”) - 181
2. Lionel Messi (Argentina / “İnter Mayami”) - 100
3. Bernardo Silva (Portuqaliya / “Mançester Siti”) - 78
4. Cud Bellinqem (İngiltərə / “Real”) - 70
5. Martin Edeqor (Norveç / “Arsenal”) - 18
6. Camal Musiala (Almaniya / “Bavariya”) - 17
7. Toni Kroos (Almaniya / “Real”) - 15
8. Pedri (İspaniya / “Barselona”) - 12
9. Federiko Valverde (Uruqvay / “Real”) - 11
10. Bruno Fernandeş (Portuqaliya / “Mançester Yunayted”) - 10
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı