İngiltərə Premyer Liqasında 2023-cü ilin son oyunları keçirilib.
QOL.az xəbər verir ki, 20-ci turun bugünkü görüşündə “Fulhem” “Arsenal”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları “Fulhem”dən Raul Ximenes (29) və Bobbi de Kordova-Rid (59), “Arsenal”dan Bukayo Saka (5) vurublar.
Bu qələbə sayəsində “Fulhem” xalını 24-ə çatdırıb və 13-cü pilləyə yüksəlib. 40 xalı olan “Arsenal” isə 4-cü pillədə qalıb.
Digər oyunda “Tottenhem” öz meydanında “Bornmut”u məğlub edib - 3:1. Qolları “Tottenhem”dən Sar (9), Son (71), Riçarlison (84), “Bornmut”dan isə Skott (84) vurublar.
Hazırda 20 oyundan 39 xalı olan “Tottenhem” 5-ci, “Bornmut” 19 oyundan 25 xalla 12-ci yeri tutur.
20-ci turun oyunları yanvarın 2-də davam etdiriləcək.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi