FİFA "Barselona"nı 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatına dəvət etmək niyyətində deyil.
QOL.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Klublararası dünya çempionatında La Liqanı yalnız iki klub təmsil edə bilər. "Real" Çempionlar Liqasının 2021/2022 mövsümünün qalibi kimi dəvət aldığından, İspaniya La Liqasından bu turnirdə daha bir klub iştirak edə bilər. Lakin FİFA-nın Kataloniya klubunu dəvət etməyəcəyi bildirilib. Səbəb isə təşkilatın klubla arasında olan gərginlikdir.
Xatırladaq ki, "Barselona" və "Real" FİFA-nın maraqlarına qarşı çıxan Avropa Superliqası layihəsinə dəstək verən klublardır.
Qeyd edək ki, klublararası dünya çempionatının yenilənmiş variantında 32 komanda iştirak edəcək: Avropadan 12, Cənubi Amerikadan 6, Afrika, Asiya və KONKAKAFdan 4, Okeaniyadan isə 1 klub təmsil olunacaq. Turnirə ABŞ ev sahibliyi edəcək.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi