AFFA bu il Superkubok uğrunda “Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçirilməli olan oyuna ev sahibliyi etməklə bağlı Türkiyə Futbol Federasiyasından (TFF) konkret təklif almayıb.
Bu barədə milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. Onun sözlərinə görə, bu ilin yay aylarında TFF-nin ovaxtkı baş katibi Kadir Karataş AFFA rəsmiləri ilə əlaqə saxlasa da, sonradan quruma heç bir müraciət daxil olmayıb:
“Kadir Karataş bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var. Soruşdu ki, ümumiyyətlə, oyun Bakıda keçirilsə, buna münasibətiniz necə olar? Cavabımız, təbii ki, müsbət oldu”.
AFFA rəsmisi bildirib ki, həmin söhbət əsnasında maliyyə məsələləri müzakirə olunmayıb: “TFF-nin baş katibi bildirdi ki, hələ oyuna çox var, matç yanvarda olacaq, lazım gələrsə, yenidən sizə müraciət edəcəyik. Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət oldu. Daha sonra isə bizimlə əlaqə saxlanılmadı”.
E. Məmmədli “Yenidən TFF-dən Superkubok matçı ilə bağlı təklif gəlsə, cavabınız necə olar” sualına isə belə reaksiya verib: “Birinci növbədə klubların təqviminə baxmaq lazımdır. Ümumiyyətlə, oyun nə vaxt keçiriləcək, hələ məlum deyil. Bütün bu məsələlər, təbii ki, müzakirə olunmalıdır”.
Qeyd edək ki, dekabrın 29-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində oynanılmalı olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb (Azərtac).
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi