"Bavariya" yeni baş məşqçisi ilə bağlı qərar verdi

"Bavariya" yeni baş məşqçisi ilə bağlı qərar verdi
DÜNYA FUTBOLU 31 Dekabr 2023 / 12:05 8078
-  A +

"Bavariya" hazırkı baş məşqçi Tomas Tuhelin gedişindən sonra bu vəzifədə kimin olacağına qərar verib.

QOL.az sport.es-ə istinadən xəbər verir ki, klub rəhbərliyi hazırda "Bayer"i çalışdıran Xabi Alonsonu komandada görmək istəyir. Klub 42 yaşlı mütəxəssisi transfer etmək üçün Leverkuzen təmsilçisi ilə razılığa gəlməlidir.

Alonso 2022-ci ilin oktyabrında "Bayer"i çalışdırır. Onun rəhbərliyi altında ötən mövsüm komanda 50 xalla Bundesliqada 6-cı yeri tutub.

Bu mövsüm "Bayer" Almaniya çempionatında 42 xalla birinci yerdədir. 


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner