Bu gün Türkiyə Superkubokunda "Qalatasaray"la "Fənərbaxça" arasında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan oyun baş tutmayıb.
QOL.az "NTV Spor"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti klublara qadağa tətbiq etdiyinə görə görüş keçirilməyib.
Məsələ ondadır ki, komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı olub. Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Daha sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib.
Qeyd edək ki, paytaxt Ər-Riyadda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtilə saat 21:45-də başlanmalı idi.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi