"Qarabağ"ın direktoru Emrah Çelikel komandasının futbolçularına təklif gəlməsinə barədə yayılan xəbərlərə münasibət bildirib.
O, Andrey Lunyov və Julio Romao ilə xarici klubların maraqlanmasına dair məlumatların həqiqətə uyğun olub-olmadığına dair Qol.az-ın sualına cavabında bildirib:
"Bu xəbərlər həmişə olub, bundan sonra da olacaq. Amma əsas kluba rəsmi təklifin gəlib-gəlməməyidir. Demək istəyirəm ki, hazırda bizim hər hansı bir oyunçumuz üçün rəsmi təklif yoxdur. Biz də belə xəbərləri eşidirik və üzülürük. Çünki futbolçularımızın fikirlərini yayındırırlar. Bəli, menecerlər arasında, yaxud futbolçuların özləri ilə birbaşa danışanlar olur. Biz bunun qarşısını ala bilmərik. Çünki biz tərəfdən futbolçulara telefon qadağası yoxdur".
O həmçinin deyib: "Bizim komandamızın gözəlliyinin biri də odur ki, aramızdakı mənəvi bağlar maddiyatdan daha güclüdür. İnanın ki, bu, bütün futbolçularımıza aid olan məsələdir. Dəfələrlə şahidi olmuşam ki, futbolçumuza bizdə aldığı puldan dəfələrlə artıq gəlir təklif ediblər, ancaq o, komandada qalmağı üstün tutub".
"Qarabağ"ın direktoru klubun qış fasiləsində transfer edib-etməyəcəyinə dair sualı da cavablandırıb: "Transfer işləri davam edir. Bizdə oyunçulara baxan 4-5 nəfərdən ibarət bir qrup var. Onlar həmişə axtarırlar və dəyərləndirirlər. Artıq futbolçunun transferi ilə bağlı maliyyə məsələləri danışılanda biz işə qoşuluruq. Hazırda bu iş getmir, amma nə vaxt belə bir istək olsa, sponsorumuz və klub rəhbərliyi həmişəki kimi bizə dəstək olacaq".
Ramiq Ağaməmmədov
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi