"Mançester Yunayted"in hücumçusu Antoni Marsyal qış transfer pəncərəsində "İnter"ə keçə bilər.
QOL.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Bildirilib ki, İtaliya klubu 28 yaşlı futbolçu ilə maraqlanır. Marsyal yanvar ayında satıla bilər. Çünki "qırmızı şeytanlar” fransalı hücumçu ilə azad agent kimi yollarını ayırmaq istəmir.
Marsyal 8 ildir (2015-ci ildən) “Mançester Yunayted”də oynayır. Bu mövsüm forvard "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin iyunun sonuna qədər qüvvədədir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov