"Turan Tovuz"un evdəki 9 oyununu nə qədər azarkeş izləyib?

"Turan Tovuz"un evdəki 9 oyununu nə qədər azarkeş izləyib?
ÖLKƏ FUTBOLU 27 Dekabr 2023 / 13:44 2283
-  A +

Bu mövsüm "Turan Tovuz"un ev oyunlarını izləyən azarkeşlərin sayı bəlli olub.

Bu haqda QOL.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev bildirib.

Onun sözlərinə görə, cari mövsümün ilk yarısında keçirilən 9 ev oyununa 38 min 900 azarkeş stadiondan baxıb. Bu, hər oyuna orta hesabla 4322 nəfər deməkdir.

Xatırladaq ki, hazırda "Turan Tovuz" 18 oyundan 22 xalla turnir Misli Premyer Liqasında 7-ci yeri tutur.


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner