Türkiyə Superliqasının 17-ci turunda keçirilən "İstanbulspor" - "Trabzonspor" matçında baş verən qalmaqalla bağlı qərar verilib.
QOL.az xəbər verir ki, sözügedən oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən "İstanbulspor"un prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliynə etiraz edərək komandanı meydandan çıxarıb.
Türkiyə Futbol Federasiyasının rəsmi saytı bu gün həmin görüşlə bağlı qərarları açıqlayıb. Qərara əsasən, "İstanbulspor"un 3 xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub prezidenti Ecmel Faik Sarıalioğlu 3 aylıq futboldan uzaqlaşdırırlıb. O, 750 min lirə cərimə də edilib.
Həmçinin, azarkeşlərin davranışına görə İstanbul klubu növbəti ev oyununu boş tribunalar qarşısına keçirməli olacaq.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər