"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 18-ci turunda "Araz-Naxçıvan"a qalib gəldikləri görüşdən sonra mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, mütəxəssis ötən gün dayandırılan və bu gün davam etdirilən matç haqqında ümumi fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb:
- Dünən məyusedici hadisə oldu. Allaha şükür itkisiz, xəsarətsiz başa çatdı. İstəməzdik belə olsun. Hər işdə bir xeyir var. Çətin komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" özündən söz etdirən komandadır. Ağır qrafikdə idik. Futbolçularımdan razıyam. Sevindirici haldır ki, bir pillə yuxarı qalxdıq. Qış toplanışını yaxşı keçməliyik. Mövsümün ikinci yarısı daha ağır keçəcək. Klub olaraq inkişaf etməliyik. Bu il yaxşı şeylər çoxdur. Ötən mövsümün ilk yarısını 17 xalla 6-cı yerdə bitirmişdik. Bu il isə 22 xal toplamışıq.
- Qışda transferlər gözlənilir?
- Bu dəqiqə transfer haqda düşünmürük. Hazırda bizim problemimiz transfer deyil. 22 xalımız var. Bizi qane etməyən iki oyunumuz olub. Biri səfərdə "Qəbələ" ilə, digəri isə evdə "Səbail"lə matç. Digər matçlarda məğlub olsaq belə, rəqibdən zəif olmamışıq. Bəzi hakim səhvləri oldu. Bu gün 25-26 xalımız ola bilərdi. Amma bu, futboldur. Böyük çempionatlarda da belə hallar qaçılmazdır.
- Bu heyətlə avrokuboklara vəsiqə qazanmaq mümkündür?
- Çempionatın əvvəlindən hədəfimizi demişik. Gələcək üçün iddialı olmaq istəyirik. Bir ildə iddialı ola bilməzsən. Bizdə səhv yanaşma var. Bir çox klublar bunun badına gediblər. Bu gün qarşımıza avrokubok hədəfi qoymamışıq. Bunun üçün bizdən üstdəki klublar qədər büdcəmiz olmalıdır. Hələ ona tələsmirik. Eləyə bilərik. Amma bir yol seçmişik. Avrokuboklara vəsiqə qazansaq, sevinəcəyik. Qazanmasaq da, faciə olmayacaq. Əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. (sportal.az)
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var
"Turan Tovuz" "Monpelye"nin yetirməsini transfer etdi