Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, sonuncu oyun gününə 3 matç keçirilib. Ötən gün stadiondakı projektorun aşması səbəbindən təxirə salınmış "Turan Tovuz" - "Araz-Naxçıvan" görüşü bu gün oynanılıb. Matç dayandırıldığı dəqiqədən - 81-ci dəqiqədən davam edib. "Turan Tovuz" oyunda 3:1 hesablı qələbə qazanıb.
6-cı pillədəki "Neftçi" 9-cu yerdəki "Kəpəz"i qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Xallarını 28-ə çatdıran "ağ-qaralar" 3-cü pilləyə yüksəlib.
Digər matçda isə lider "Qarabağ" 2-ci pillədəki "Zirə"nin qonağı olub. Oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bugünkü oyunlar Premyer Liqada 2023-cü ilin son matçları olub. Bu turun ardından komandalar qış fasiləsinə yollanıb. 3-cü dövrəyə isə 2024-cü il yanvarın 21-də start veriləcək.
24 dekabr
Misli Premyer Liqası, 18-ci tur
18:30."Zirə" - "Qarabağ" - 0:1
Qol: Juninyo, 30
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Zirə İdman Komleksi
16:00."Neftçi" - "Kəpəz" - 2:0
Qol: Azər Salahlı, 8 Andre Şinyaşiki, 72
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
"Neftçi Arena"
"Turan Tovuz" - "Araz-Naxçıvan" - 3:1
Qollar: Xəyal Nəcəfov, 5, Bruno Qonçalves, 16, Ayxan Quseynov 89 - İsmail Azzaui, 57-pen.
23 dekabr
"Sumqayıt" - "Səbail" - 1:0
22 dekabr
16:00 "Qəbələ" - "Sabah" - 1:0
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 18 | 13 | 2 | 3 | 45-14 | 41 |
| 2 | Zirə | 18 | 8 | 5 | 5 | 13-10 | 29 |
| 3 | Neftçi | 18 | 8 | 4 | 6 | 21-17 | 28 |
| 4 | Sumqayıt | 18 | 7 | 6 | 5 | 19-23 | 27 |
| 5 | Səbail | 18 | 7 | 5 | 6 | 26-27 | 26 |
| 6 | Araz-Naxçıvan | 18 | 7 | 5 | 6 | 20-19 | 26 |
| 7 | Turan Tovuz | 18 | 6 | 4 | 8 | 29-28 | 22 |
| 8 | Sabah | 18 | 6 | 4 | 8 | 25-22 | 22 |
| 9 | Kəpəz | 18 | 3 | 5 | 10 | 11-29 | 14 |
| 10 | Qəbələ | 18 | 4 | 2 | 12 | 12-32 | 14 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 13 qol
Aleksandr Ramalinqom ("Səbail") - 7 qol
Yassin Benzia ("Qarabağ") - 6 qol
Hamidu Keyta ("Qarabağ") - 6 qol
Leandro Andrade ("Qarabağ") - 6 qol
Otto Con ("Turan Tovuz") - 6 qol
Rəhman Hacıyev ("Neftçi") - 5 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol
Roi Kehat ("Sumqayıt") - 5 qol
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması