"Liverpul"un baş məşqçisi Yurgen Klopp jurnalistin fikrinə etiraz edib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 6-da Premyer Liqanın 15-ci turunda "Şeffild Yunayted"a qarşı keçirilən matçdan (2:0) sonra baş verib. "Amazon Prime" media qurumunun müxbiri Markus Baklend "Liverpul"un növbəti matçının günorta saat 14:30-da (Bakı vaxtı ilə 16:30) başlaması ilə əlaqədar zarafat edib. Amma bu, alman mütəxəssisi özündən çıxarıb. Çünki o, daha əvvəl də günorta vaxtı oyun keçirməkdən məmnun olmadığını söyləyib.
Jurnalistin "oyun sənin favorit vaxtlarında keçiriləcək" replikasına Klopp belə cavab verib: "Bu mövzuda zarafat etmək həqiqətən çox cəsur davranışdır. İndi evə qayıdırıq və ora saat neçədə çatacağımızı bilmirik. Bəlkə onda gecə saat 1-2 olacaq. Sonra yenidən matç keçirəcəyik. İki məşq üçün vaxtımız var. İstirahət etmək və sonra yenidən hazırlığa başlamaq gözəldir. Sənin bunu anladığını və futbolun içində olduğunun fərqindəyəm. O zaman nəyə görə təzədən özümü ifadə edim? Əgər yenə bu haqda zarafat etsən, deməli, sən cahilsən".
Xatırladaq ki, "Liverpul" Premyer Liqada növbəti matçını dekabrın 9-da səfərdə "Kristal Palas"a qarşı keçirəcək.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı