“AFFA-nın qarşıya hansı məqsədi qoymasından çox şey asılıdır. Biz qrupdan çıxmağı düşünmürüksə, əlbəttə ki, yerli məşqçiyə şans verilməlidir”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov deyib.
Həmçinin oxuyun: Şan-şöhrət, var-dövlət sahibi oldular, amma azərbaycanlı ola bilmədilər…
Canni De Byazinin gedişindən sonra milli komandaya baş məşqçi seçimi ilə bağlı danışan Sultanov qeyd edib ki, əvvəlcə məqsəd olmalı və yerli məşqçiyə şans verilməlidir:
“Qrupdan çıxmağı düşünürüksə, yenə də əcnəbi məşqçi yalandan gələcək bura, boş şeydir. Məncə, indiki durumda yerli məşqçi daha məqsədəuyğundur. Çünki yerli məşqçi gətirəndə vaxt qazanırıq, özümüzünkülərə şans yaratmış oluruq. Daha sonra aşağı yaş qrupları da olmaqla futbolun inkişafını düşünmək olar. Əcnəbi məşqçini gətirməmək həm də xeyli maliyyə qənaəti deməkdir.
Bu günə qədər millidə hər şey məqsədsiz olub. Məqsəd olmayan yerdə isə heç vaxt uğur olmaz. Ona görə də qarşıya məqsəd qoyulmalıdır ki, millidən nə istəyirik. Bundan sonra qərar verilməlidir. Bizim hazırda qrupdan çıxmaq üçün yetərli gücümüz yoxdur. Buna görə də yerli məşqçiyə güvənməliyik. Əgər hansısa əcnəbi məşqçi gəlib desə ki, mən bu komandanı qrupdan çıxacağam, deməli yalan danışır”.
“Neftçi” və “Sumqayıt”ın keçmiş idman direktoru AFFA-nın yerli məşqçiyə əcnəbidən daha çox şans verməli olduğunu bildirib: “Amma bizdə əksinədir. Bu gün yerli məşqçini milliyə təyin etsələr, deyəcəklər ki, qrupdan çıxmalıyıq. Yəni bunu qarşıya hədəf qoyacaqlar. Bəs bunu niyə 15 ildir əcnəbi məşqçilərdən tələb etmirlər? Əgər sən yerlini qoyub, əcnəbi məşqçi gətirirsənsə, onun qarşısına daha böyük tələb qoymalısan. Ancaq buna potensialımız yoxdursa, əcnəbi məşqçi nəyə lazımdır? Əfsuslar olsun ki, biz reklama işləyirik. Adı olsun ki, bizim millinin baş məşqçisi Berti Foqtsdur, De Byazidir. Amma 15 ildə etdiyimiz səhvləri bu gün etməməliyik. Onlar qaldı arxada. De Byazinin Qurban Qurbanovdan nəyi üstün idi ki? De Byazi Albaniyanı qrupdan çıxarmışdı. Amma baxmaq lazımdır ki, həmin vaxt Albaniya millisində kimlər oynayırdı. Orda De Byazilik bir şey yox idi. Futbolçu keyfiyyəti rol oynamışdı. Burda da neçə il işlədi, bizim millini də çıxarardı də qrupdan. Niyə çıxara bilmədi?Hər dəfə deyirdi ki, inkişaf edirik. Elə inkişaf edə-edə rəqiblər 5 dənə vururdular bizə. 10 il bundan əvvəl də 5 qol buraxırdıq. Onda hansı inkişafdan danışırıq?”
Ceyhun Sultanovun fikrincə, hazırda millini çalışdırmağa bir nömrəli namizəd Qurban Qurbanov olmalıdır: “Məncə, bu gün ən yaxşı varinat yerli məşqçidir. Yetərincə yaxşı məşqçilərimiz var. Onlara inanmaq lazımdır. Qurban Qurbanovu 1 ildən sonra millidən kənarlaşdırdılar. Sonra isə əcnəbilərə yer verdilər və toxunmadılar. İndi bunu yerli məşqçilərimizlə etmək lazımdır. Öz məşqçilərimizə 3-5 il şans verilməlidir. Əgər görsək ki, futbolçularımızın potensialı var və məşqçinin gücü çatmır, onda əcnəbi mütəxəssis gətirmək olar.
İndiki durumda hansı məşqçini gətirsən, uzaq başı oyun planında 5-10 faiz artım olar. Amma bu, qrupdan çıxmaq üçün yetərli olmayacaq. Millətlər Liqasında qrupdan çıxmağı düşünürdüksə, elə Qurban Qurbanovun çalışdırdığı milli də qrupda 2-ci olmuşdu. Bir ildən sonra millidən göndərildi. De Byazi də eyni nəticəni göstərdi, amma 3 il şans verdilər. Ona görə də yanaşma dəyişməlidir. Hər şey planlı şəkildə olmalıdır. Bunlar olmasa, kimi gətirsələr də, xeyri yoxdur.
Fikrimcə, millidə çalışmağa bir nömrəli namizəd Qurban Qurbanovdur. Söhbət milli komandadan gedirsə, bəlkə də qayıdar. Niyə də qayıtmasın? Rəşad Sadıqov, Samir Abasov, Elmar Baxşıyev, Azər Bağırov da var. Onlara şans vermək, inanmaq lazımdır. Bunların hansınısa təyin edəndən sonra isə deyilməməlidir ki, qrupdan çıx”.
C.Sultanov əlavə edib ki, milliyə baş məşqçi təyinatı federasiya prezidenti seçkilərindən sonra olmalıdır: “Milli komandaya baş məşqçi təyinatı mart ayına kimi gözlənilməlidir. Çünki martda AFFA-ya prezident seçkiləri keçiriləcək. Bundan sonra baş məşqçini təyin etmək lazımdır. Mart ayında yeni federasiya prezidenti gəlsə, deyə bilər ki, mən bu baş məşqçini istəmirdim. Bəlkə, Rövnəq Abdullayev özü qalacaq, bilmirik. Hər şeyi qabaqlamaq düzgün deyil. Hər şeyin zamanı var”.
Ramiq Ağaməmmədov
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər
Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
"Nyukasl" - "Qarabağ": baş hakim o olacaq
Musiala rekordçu oldu
Bu dəstəyin cəzası 54 min avro oldu - Video
"İmişli" - "Şamaxı": Heyətlər açıqlandı
“Real” rəhbərliyi Arbeloadan da narazıdır
Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”
"Mançester Siti" "Nyukasl"a belə qalib gəldi - Video
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
Messinin də komandası uduzdu, Nərimanın da
964-ə çatdı, uğuru ərəb milli geyimində qeyd etdi - Video
"Qalatasaray"ın gözlənilməz məğlubiyyəti - Video
“Qarabağ”la oyunöncəsi məğlubiyyətə belə şərh verdi
"Nyukasl" "Mançester Siti"yə uduzdu
"Bavariya"dan qələbə, "Borussiya"dan heç-heçə
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı