"Qarabağ” futbol klubu UEFA əmsallar cədvəlində Azərbaycana xal gətirməkdə davam edir.
Avropa Liqasının 5-ci turunda Norveçin “Molde” komandası ilə heç-heçə (2:2) ölkəmizin ehtiyatına daha 0,250 bal əlavə edib (qrup mərhələsində heç-heçəyə 1 xal verilir, bu da 4-ə - Azərbaycanın avrokuboklardakı ümumi komanda sayına bölünür).
Həmçinin oxuyun: Molde şəhərinin azərbaycanlı qonaqları… - Reportaj
Beləliklə, hazırda UEFA-nın klub reytinqində Azərbaycanın 18,125 xalı var və biz əvvəlkitək 29-cu yerdəyik.
Rusiya məlum səbəblərdən avrokuboklardan kənarlaşdırıldığından getdikcə reytinqdə aşağı pillələrə düşməkdədir. Hazırda onlar 28-ci yeri tuturlar. Ötən mövsüm UEFA Rusiya futboluna 4,333 xal vermişdisə, bu il belə hədiyyələr etməmək qərarına gəlib. Ona görə də Rusiyanın reytinqi itməkdədir. Bu mövsüm artıq Slovakiya və Bolqarıstanı qonşu ölkəni qabaqlayıb. İndi Azərbaycan üçün də belə bir imkan yaranıb.
Rusiyanın hazırda 18,632 balı var. “Qarabağ” 6-cı turda İsveç “Hakken”ini Bakıda məğlub etsə, bu qələbəyə görə 2 xal, yəni 0,500 bal qazanacaq. Azərbaycanın reytinqi isə 18,625-ə yüksələcək.
İsveçlilər üzərində qələbə “Qarabağ”ı qrupda 2-ci etməklə yanaşı, Azərbaycana əlavə 2 bonus xalı da verəcək. Bu o deməkdir ki, Azərbaycan daha 0,500 bal qazanacaq və xalı 19,125-ə yüksələcək. Nəticədə ölkəmiz Rusiyanı qabaqlayaraq 28-ci yerə yüksələcək.

Yeri gəlmişkən, bunun üçün “Qarabağ”a “Hekken”la matçda heç-heçə də kifayət edə bilər. Amma bu halda qrupun digər oyununda “Molde”nin Almaniya “Bayer”ini məğlub etməməsi vacibdir. Çünki belə olacağı təqdirdə “Qarabağ” qrupda 3-cü pilləyə enərək Konfrans Liqasına düşəcək və buna görə bonus almayacaq.
Ancaq gəlin, ən yaxşısına ümid edək və isveçlilər üzərində qələbə haqqında düşünək. Üstəlik, bu, Azərbaycana özünün yeni rekordunu müəyyənləşdirməyə imkan verəcək. Ölkəmizin avrokuboklarda bir mövsüm üçün maksimum nəticəsi 4,375 xal olub. Bunlar nəsə sehrli rəqəmlərdir! Azərbaycan üç dəfə - 2015/16, 2017/18 və 2021/22 mövsümlərində bu göstəricidə dayanıb.
Hazırda Azərbaycanın bu mövsüm üçün qazandığı xal 3,875-dir. “Qarabağ” dekabrın 14-də qalib gəlsə, xal ehtiyatı 4,875-ə qalxacaq. Bu isə Azərbaycan klublarının avrokuboklarda çıxışı tarixində ən yaxşı nailiyyət olacaq.

Bəs, bu mövsüm 28-ci pillədən yuxarı qalxmaq şansımız varmı? Var.
Amma bu, həm “Qarabağ”ın pley-offdakı çıxışından, həm də ən yaxın rəqiblərimiz – Slovakiya (reytinq xalı – 19,625) və Bolqarıstan (19,375) klublarının nəticələrindən çox asılıdır. Slovakiya “Slovan”ı artıq Konfrans Liqasının qış-yaz mərhələsinə adlayıb, Bolqarıstan “Ludoqorets”inin bunun üçün yaxşı imkanı var. Bolqarıstan komandası bunu bacarmasa, o zaman Azərbaycanın Bolqarıstanı qabaqlamaq şansı yaranacaq.
Və nəhayət, “Qarabağ”ın özünün reytinqi haqqında. Qurban Qurbanovun komandası 27 balla Avropada 63-cü pillədə qərarlaşıb.
Ağdam klubunun 28 xalla 62-ci pillədə olan Türkiyə "Fənərbaxça"sını ötmək şansı var. Müqayisə üçün qeyd edək ki, reytinqdə lider - 139 xala malik “Mançester Siti”dir. Bu mövsüm Çempionlar Liqasında yaxşı çıxış edən digər İstanbul nəhəngi “Qalatasaray” isə 31, 500 xalla 55-ci pilləni tutur.
(haqqın.az saytından tərcümə ilə)
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Rafael Markes millinin baş məşqçisi olacaq - Rəsmi
Finala yüksəlməyin böyük sevinci - Video
"Qarabağ" rəsmiləri UEFA Forumunda - Şəkil
Azərbaycanın daha 2 boksçusu dünya kubokunda mərhələ adladı
AFFA-nın əməkdaşları UEFA seminarında
"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur
Azərbaycanın iki güləşçisi Avropa 3-cüsü oldu
“Lester” 3-cü diviziona düşdü
Rza Kayaalpdan tarixi rekord - 13-cü Avropa çempionluğu
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!