“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun QOL.az saytına müsahibəsi
- Ayxan müəllim, Misli Premyer Liqasnın son turunda “Qəbələ”yə 0:4 hesabı ilə uduzdunuz. Matçdan sonra bildirdiniz ki, bu, mövsümdə ən zəif oyununuz idi. Hər halda bu məğlubiyyəti analiz etmisiniz. Belə hesabla uduzmağınızın səbəbləri nədir?
- Səbəblər çoxdur. Qəbələ səfəri həmişə çətin olur. Ardıcıl qollar buraxmağımız oyun planımızı pozdu. Hesabda geri düşəndən sonra irəli atıldıq, qol vurmaq istəyirdik. Artıq hansı hesabla məğlub olmağımız bizə fərq etmirdi. Oyunu çevirmək istəyirdik, alınmadı. Görünən odur ki, “Qəbələ” ikinci hissədə daha yaxşı oynadı. Rəqib çox istəkli idi.
- Komandanız ardıcıl 3 oyundur uduzur. Bu eniş nə ilə bağlıdır?
- Bilirik ki, stabil çıxış etmirik. Ümumiyyətlə, bu mövsüm çempionat gərgin keçir və rəqiblərdə də stabillik çatmır. Bəli, son qarşılaşmalar enişdə olduğumuzu göstərdi. Amma “Qəbələ” ilə matçdan əvvəlki görüşlərdə oyun planında rəqiblərdən geri qalmamışıq. Hətta üstün olduğumuzu deyə bilərəm. “Qəbələ” ilə oyunda isə bunu edə bilmədik. Səhvləri arada qaldırıb, gələcək oyunlarda xallarımızı artırmalıyıq. Bizim üçün hər xal qiymətlidir.
- Klub rəhbərliyi nəticələri sizinlə müzakirə edib?
- Klub rəhbərliyi bizimlə həmişə danışır: udanda da, uduzanda da. Mövsümün əvvəlində yuxarı pillələrdə olmuşuq. Amma bilirdik ki, hardasa bizə çətin olacaq. Biz çempionatın startında da planlarımızla bağlı danışanda demişdik ki, məqsəd Premyer Liqada möhkəmlənməkdir. Bunun da üzərində çalışırıq. Rəqiblərimiz də güclüdür. Bununla belə, təslim olmayacağıq. 1.2 qələbə hər şeyi dəyişə bilər.
- Komandanın aşağı pillələrə düşməsinin səbəbini həm də rəqiblərin güclü olmasında görürsünüz?
- Bəli, rəqiblərin güclənməsi, heyətimizlə bağlıdır. Müəyyən itkilərimiz oldu. Həm də turnir cədvəlində komandalar bir-birinə yaxındır. 1-2 qələbə və məğlubiyyət sıralanmada çox şeyi dəyişir
- Canni De Byazinin gedişindən sonra Azərbaycan millisinə baş məşqçi seçimi aparılır. Sizcə, bu seçimdə nə əsas götürülməlidir?
- Neçə illərdir ki, milli komandada bu söz-söhbətlər olur. Bilirik ki, AFFA yeni baş məşqçinin seçimi ilə bağlı İşçi Qrupu yaradıb. İnanıram ki, onlar doğru seçim edəcəklər və millimizi çalışdırmağa layiq olan bir mütəxəssis baş məşqçi təyin ediləcək. Təbii ki, milliyə hansı məşqçi təyin edilsə, tez bir zamanda nəticə əldə etmək onun üçün çətin olacaq. Bəlkə də, Millətlər Liqasında daha asan olar, amma Avropa və dünya çempionatlarının seçmə mərhələsində güclü rəqiblər düşür. Bu gün biz daha çox gələcəyimizi düzəltməliyik ki, hazırkı əziyyətləri çəkməyək. Milli komandanın başında olan şəxs də bu planlar, bu sistem üzərində işləməlidir. Təkcə A millisi yox, U-21, U-19-u da düşünmək lazımdır. Bunlar hamısı bir-birinə bağlıdır. Bu gün çatışmazlıqlarımız çoxdur.
- Yerli məşçqilər arasında sizin də adınız çəkilir, millini çalışdırmağa layiq olduğunuz haqda fikirlər səsləndirilir.
- Futbol ictimaiyyəti, media və mütəxəssislər millini yerli məşqçinin çalışdırmasını istəyir. Bu, sevindirici haldır. Hərənin öz fikri, baxışı var. Amma əvvəlcə namizədlər bilinməlidir ki, bu haqda danışasan.
- Uzun illərdir ki, millimizi əcnəbi məşqçilər çalışdırır və uğur qazana bilmirlər. Sizcə, məşqçilər düzgün seçilmir, yoxsa problem daha böyükdür?
- Bizə elə əcnəbi məşçilər gəlib ki, ilk dəfə burada baş məşqçi kimi çalışıb. Demək olmaz ki, hamısı gəlib uğursuz olub, səbəbi başqa yerdə axtaraq. Digər ölkələrə baxırıq. Elə seçim edirlər ki, baş məşqçi sırf həmin millidə uğur qazana bilir. Amma biz seçim edəndə yaxşı fikirləşmirik. Düşünürük ki, sadəcə bir ad olsun. Bu gün düzgün fikirləşməli və doğru seçim etməliyik. Biz milli komandadan nə istəyirik? Buna uyğun məşqçi seçilməlidir. Seçim edənlərdən çox şey asılıdır.
Ramiq Ağaməmmədov
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video