“Çox istəyirdik ki, bu gün qalib gələk. Təəssüf ki, alınmadı”.
Qol.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 14-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis qolsuz başa çatan görüşü belə şərh edib: “Qalib gəlməsək də, futbolçulardan razıyam. Rəqib 1 xal üçün gəlmişdi, istəyinə də nail oldu. Sadəcə bu gün bizim günümüz deyildi. Çünki xeyli qol şansı yaxalasaq da, onları dəyərləndirə bilmədik, Amma 1 xala da şükür etməliyik. Heyətimizdə zədəlilərin çoxluğu bizi rotasiyaya məcbur edir. Təbii ki, bu, səbəb deyil. Çünki yaxşı futbol sərgilədiyimizi düşünürəm. Məsələn, Zirədə 1 xal qazansaq da, həmin matçda komandamdan narazı qalmışdım. Bu gün yenə heç-heçə etdik. Amma oyundan razıyam”.
Diniyev matçın erkən saatlarda başlamasının komandanın çıxışına təsir etdiyini vurğulayıb: “Oyunun günorta saatlarında keçrilməsinin də çıxışımıza təsiri oldu. Futbolçular sanki yuxulu idilər. Lakin bu, fors-major vəziyyətdir. Biz adətən axşam məşq edirik. Çünki axşam 6-8 arası güc olaraq futbolçu daha yaxşı vəziyyətdə olur. Bu matç üçün isə hər şey fərqli oldu. Adətən bizdə futbolçular oyun günü 12-də yuxudan oyanırlar. Bu gün isə artıq 2-də meydana çıxdıq. İnsanın bioloji iş qabiliyyəti yüksək olan vaxtlar var. Problem isə bizdən qaynaqlanmır. Böyük bir transformatorda problem var. 2-3 gündür bu problemin həll olunması üçün bir neçə şirkət işləyir. İnanıram ki, artıq növbəti ev oyununa kimi problem yoluna qoyulacaq”.
Diniyevi komandasını bombardiri Aleksandr Romalinqomu məcburiyyətdən meydana buraxdığını qeyd edib: “Ramalinqomu meydana buraxmaq istəmirdim. Çünki elə olar bilərdi ki, bu gün qol vursun qalib gələk, amma sonradan 5 tur kənarda qalsın”.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi