Milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb.
QOL.az xəbər verir ki, 14-cü turun ilk oyun günündə 1 matç keçirilib.
"Qarabağ" səfərdə "Sabah"la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra Ağdam təmsilçisi 29 xalla liderliyə yüksəlib. 27 xalla 2-ci olan "Zirə" noyabrın 26-ı "Sumqayıt"ı məğlub etsə, liderliyi bərpa edəcək
"Sabah"la ilk dövrədə keçirilən oyunda da "Qarabağ" 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 14-cü turun digər oyunları noyabrın 25-i və 26-da keçiriləcək.
24 noyabr (cümə)
20:00.“Sabah” – “Qarabağ” - 1:2
Qollar: Toral Bayramov, 58-pen (0:1), Nəriman Axundzadə, 60 (0:2), Cesse Sekidika, 63 (1:2)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
“Bank Respublika Arena”
32-ci dəqiqədə "Sabah"ın futbolçusu Emmanuel Apeh penaltini düzgün yerin yetirə bilməyib və top qapı tirinə dəyib.
25 noyabr (şənbə)
14:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
“ASCO Arena”
16:00.“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Qəbələ şəhər stadionu
26 noyabr (bazar)
15:30.“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
“Neftçi Arena”
18:00.“Sumqayıt”– “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Kapital Bank Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 14 | 9 | 2 | 3 | 33-13 | 29 |
| 2 | Zirə | 13 | 8 | 3 | 2 | 13-7 | 27 |
| 3 | Sumqayıt | 13 | 6 | 3 | 4 | 14-14 | 21 |
| 4 | Səbail | 13 | 6 | 3 | 4 | 22-21 | 21 |
| 5 | Araz-Naxçıvan | 13 | 6 | 2 | 5 | 15-14 | 20 |
| 6 | Neftçi | 13 | 5 | 3 | 5 | 14-12 | 18 |
| 7 | Sabah | 14 | 4 | 4 | 6 | 19-19 | 16 |
| 8 | Turan Tovuz | 13 | 4 | 3 | 6 | 21-18 | 15 |
| 9 | Kəpəz | 13 | 2 | 3 | 8 | 7-24 | 9 |
| 10 | Qəbələ | 13 | 2 | 2 | 9 | 7-23 | 8 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 10 qol
Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Yassin Benzia ("Qarabağ") - 4 qol
Leandro Andrade ("Qarabağ") - 4 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 4 qol
Otto Con ("Turan Tovuz") - 4 qol
Davit Volkov ("Sabah") - 4 qol
Qismət Alıyev ("Zirə") - 4 qol
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması