“Neftçi” ilə oyunun hazırlığı davam edir. Komanda olaraq son iki oyundakı uğursuzluğa son qoymaq istəyirik. Çempionatdakı fasilədən maksimum dərəcədə faydalanmağa çalışırıq”.
QOL.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo “Neftçi”yə qarşı keçiriləcək Premyer Liqanın 14-cü turunun oyunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, əvvəlki turlarda “Sumqayıt” və “Kəpəz”lə görüşdəki məğlubiyyətin xüsusi qabardılmasını düzgün hesab etmir: “Futbolda qalib gəldiyin kimi, məğlub da olursan. Yaxşı oynayanda üstünlük səndə olur, pis oynayanda əksi baş verir. Razıyam, son iki oyunda imkanımızdan zəif çıxış etdik. Futboldur, bu da olur. Qələbəni heç kim bizdən çox istəyə bilməz. Səbirli olmaq, çox çalışmaq lazımdır. Komanda olaraq səhvlərimizi görürük. Təbii ki, addım-addım onları aradan qaldıracağıq. Yenə deyirəm, bunu üçün çox işləməliyik”.
Braziliyalı dayaq yarımmüdafiəçisi “Neftçi” haqda da danışıb. O, komandaları adlarına və ya titullarına görə bölmək istəmədiyini deyib: “Başa düşürəm, “Neftçi” iddialı, köklü klubdur. Ancaq biz öz işimizi yaxşı görməyə çalışmalıyıq. Buna nail olsaq, məqsədimizə çatacağıq. Yəni kiminlə qarşılaşmağımız yox, oyuna necə hazırlaşmağımız, hazır olmağımız önəmlidir. Meydanda ən yaxşısını etməli, intizamlı və yaxşı konsantrasiya olmalıyıq”.
Vanderson zədəsi ilə bağlı məsələyə də aydınlıq gətirib. O, meydana çıxmaq üçün heç bir problemin qalmadığını, baş məşqçinin qərarını gözləyəcəyini bildirib.
Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” oyunu noyabrın 26-da saat 15:30-da “Neftçi Arena”da keçiriləcək.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"