"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurdu

"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurdu
DÜNYA FUTBOLU 15 Noyabr 2023 / 12:40 3158
-  A +

Kamerun millisinin və "Barselona"nın keçmiş yarımmüdafiəçisi Aleksandr Sonq futbolçu karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Kədərli şəkildə bildirməliyəm ki, butslarımı mismardan asmağım vaxtı gəldi" - deyə o bildirib.

Qeyd edək ki, 2012-2016-cı illərdə "Barselona"da çıxış edən Sonq "Arsenal" və "Vest Hem"də də oynayıb. O, 9 il (2005-2014) Kamerun millisinin şərəfini qoruyub.


Son xəbərlər
topaz banner