"Real"ın futbolçusu İngiltərə millisindən ayrıldı

"Real"ın futbolçusu İngiltərə millisindən ayrıldı
DÜNYA FUTBOLU 15 Noyabr 2023 / 09:05 2419
-  A +

"Real"ın futbolçusu Cud Bellingem zədə səbəbindən İngiltərə millisinin düşərgəsində ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Futbolçu Avro-2024-ün seçmə mərhələsində noyabrın 17-də Malta ilə, 20-də isə Şimali Makedoniya qarşı matçda iştirak etməyəcək.

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi La Liqanın 12-ci turu çərçivəsində "Valyekano" (0:0) ilə matçda çiynindən zədələnmişdi.

Daha çox


Son xəbərlər