"Bavariya" gənc hücumçu aldı

"Bavariya" gənc hücumçu aldı
DÜNYA FUTBOLU 14 Noyabr 2023 / 14:50 2192
-  A +

"Bavariya" heyətinə yeni oyunçu cəlb edib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi 17 yaşlı hücumçu İrankunda Nestori ilə uzunmüddətli müqavilə imzalayıb.

Avstraliyanın "Adelayda Yunayted" klubundan transfer edilən oyunçunun 18 yaşı tamam olanda - gələn ilin yayında əsas komandaya qoşulacağı bildirilib.

Qeyd edək ki, Nestori Avstraliyanın həm U-17, həm də əsas millisinə dəvət alır. O, U-17-də 7 oyuna 11 qol vurub.

Daha çox


Son xəbərlər