"Real" "Bayer"in üç futbolçusu ilə maraqlanır

"Real" "Bayer"in üç futbolçusu ilə maraqlanır
DÜNYA FUTBOLU 14 Noyabr 2023 / 11:47 3281
-  A +

"Bayer"in (Leverkuzen) üç oyunçusu "Real"ın maraq dairəsindədir.

Qol.az "Football Transfers"ə istinadən xəbər verir ki, Madrid klubu müdafiəçi Ceremi Frimponq, yarımmüdafiəçi Florian Virtz və hücumçu Viktor Bonifasla maraqlanır.

Bu mövsüm Frimponq 16 oyuna çıxıb, 5 qol vurub və 7 qolun ötürməsini verib. Virtz 17 oyunda 6 qol və 10 qol ötürməsi, Bonifas isə 16 oyunda 11 qol, 6 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Bayer" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.


Son xəbərlər
topaz banner