Mbappedən gələcəyi ilə bağlı açıqlama

Mbappedən gələcəyi ilə bağlı açıqlama
DÜNYA FUTBOLU 12 Noyabr 2023 / 11:18 2925
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe klubdakı gələcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, o deyib: “Mən indi bu barədə danışmaq istəmirəm. İndi düzgün vaxt deyil. Mənim üçün ən vacib olan futbol oynamaqdır”.

Daha əvvəl "Real"ın yay transfer pəncərəsində yenidən Mbappeni almağa çalışacağı  haqda xəbərlər yayılmışdı. 

Xatırladaq ki, 24 yaşlı  hücumçu 2018-ci ilin yayından PSJ-də oynayır. Onun Fransa təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.


Son xəbərlər
topaz banner