Misli Premyer Liqasında 13-cü tur davam edir.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Neftçi" evdə "Sumqayıt"ı qəbul edib və 1:2 hesabı ilə uduzub. Bu qələbə ilə "Sumqayıt" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Digər görüşdə isə "Sabah" "Turan Tovuz"un qonağı olub və 3:2 hesabı ilə qalib gəlib. Bakı təmsilçisi bu qalibiyyətlə turnir cədvəlində "Turan Tovuz"u geridə qoyaraq turnir cədvəlində 7-ci pilləyə qalxıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Misli Premyer Liqası, 13-cü tur
11 noyabr (şənbə)
19:00. “Turan Tovuz” – “Sabah” - 2:3
Qollar: Davit Volkov, 8 (0:1), 26 (0:2), Fərid Nəbiyev, 35-pen. (1:2), Bruno Qonçalves, 37 (2:2), Davit Volkov, 42 (2:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Tovuz şəhər stadionu
16:30. “Neftçi” – “Sumqayıt” - 1:2
Qollar: Ataa Caber, 35 (1:0), Masaki Murata, 56 (1:1), Roi Kehat, 69 (1:2)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
“Neftçi Arena”
12 noyabr (bazar)
16:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu
Tofiq Bəhramov adına Respublika Stadionu
10 noyabr (cümə)
“Araz-Naxçıvan” – “Kəpəz” - 0:1
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Zirə | 12 | 7 | 3 | 2 | 12-7 | 24 |
| 2 | Qarabağ | 12 | 7 | 2 | 3 | 28-11 | 23 |
| 3 | Sumqayıt | 13 | 6 | 3 | 4 | 14-14 | 21 |
| 4 | Səbail | 12 | 6 | 3 | 3 | 21-18 | 21 |
| 5 | Araz-Naxçıvan | 13 | 6 | 2 | 5 | 15-14 | 20 |
| 6 | Neftçi | 13 | 5 | 3 | 5 | 14-12 | 18 |
| 7 | Sabah | 13 | 4 | 4 | 5 | 18-17 | 16 |
| 8 | Turan Tovuz | 13 | 4 | 3 | 6 | 21-18 | 15 |
| 9 | Kəpəz | 13 | 2 | 3 | 8 | 7-24 | 9 |
| 10 | Qəbələ | 12 | 2 | 2 | 8 | 7-22 | 8 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 9 qol
Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
Leandro Andrade ("Qarabağ") - 4 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 4 qol
Pedro Nuno ("Səbail") - 4 qol
Otto Con ("Turan Tovuz") - 4 qol
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması