Bu gün Misli Premyer Liqasında 13-cü tur start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. "Araz-Naxçıvan" "Dalğa Arena"da "Kəpəz"i qəbul edib. Oyunda Gəncə təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bununla da "Kəpəz"in 11 oyunluq qələbəsizlik seriyasına son qoyulub.
Komandalar arasında Gəncədə keçirilən ilk dövrənin oyununda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlmişdi.
Turun digər oyunları noyabrın 11-i və 12-də keçiriləcək.
10 noyabr (cümə)
Misli Premyer Liqası, 13-cü tur
19:00. “Araz-Naxçıvan” – “Kəpəz” - 0:1
Qol: Adama Niane, 75 (0:1)
“Dalğa Arena”
11 noyabr (şənbə)
16:30. “Neftçi” – “Sumqayıt”
“Neftçi Arena”
19:00. “Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu
12 noyabr (bazar)
16:30. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu
19:00. “Qarabağ” – “Səbail”
Tofiq Bəhramov adına Respublika Stadionu
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Zirə | 12 | 7 | 3 | 2 | 12-7 | 24 |
| 2 | Qarabağ | 12 | 7 | 2 | 3 | 28-11 | 23 |
| 3 | Səbail | 12 | 6 | 3 | 3 | 21-18 | 21 |
| 4 | Araz-Naxçıvan | 13 | 6 | 2 | 5 | 15-14 | 20 |
| 5 | Neftçi | 12 | 5 | 3 | 4 | 13-10 | 18 |
| 6 | Sumqayıt | 12 | 5 | 3 | 4 | 12-13 | 18 |
| 7 | Turan Tovuz | 12 | 4 | 3 | 5 | 19-15 | 15 |
| 8 | Sabah | 12 | 3 | 4 | 5 | 15-15 | 13 |
| 9 | Kəpəz | 13 | 2 | 3 | 8 | 7-24 | 9 |
| 10 | Qəbələ | 12 | 2 | 2 | 8 | 7-22 | 8 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 9 qol
Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
Leandro Andrade ("Qarabağ") - 4 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 4 qol
Pedro Nuno ("Səbail") - 4 qol
Otto Con ("Turan Tovuz") - 4 qol
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması