"İlk 15 dəqiqə çox gərgin keçdi. Bütün hücumların qarşısını almağa çalışırdıq. Buna rəğmən qalib gəldik. Penaltidən də olsa, qələbə qələbədir. Qrupda birinci yerdəyik. Amma qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha üstün oyunlar göstərməyə çalışırlar".
QOL.az xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"a qalib gəldikləri (1:0) matçdan sonra təşkil edilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Ağdam təmsilçisinin onları təəccübləndirmədiyini deyib: "Qarabağ" bizi heç nə ilə təəccübləndirmədi. Bilirdik ki, hansı komanda ilə oynayırıq. Rəqibin necə oynadığını da bilirdik. "Qarabağ" güclü komandadır. Bunu nəzərə alıb, bura gəlmişdik".
X.Alonso oyun zamanı gərgin görünməsi barədə bunları deyib: "Futboldur da. Hirslənə də bilərik. Adi haldır".
Mütəxəssis "14 il əvvəl futbolçu kimi bu stadionda meydana çıxmışdınız. Bu dəfə isə baş məşqçi kimi komandanızı meydana çıxardınız. Bununla bağlı nə deyəcəksiniz" sualına belə cavab verib: "14 il ərzində çox böyük dəyişiklik var. Həm Azərbaycanda, həm də "Qarabağ"da. 14 il əvvəl heç "Qarabağ"ı tanımırdım. Amma indi nəyə qadir olduqlarını bilirəm. İldən-ilə bu komanda böyüyür və növbəti uğurlar üçün hər şeyi edir".
X.Alonso son dəqiqələrdə mübahisəli penalti epizodunda hakimin "Bayer"in xeyrinə qərar verməsinə də toxunub. O, bu barədə "Sizcə, son dəqiqədəki penalti epizodu "Qarabağ"ın lehinə olsaydı, baş hakim hansı qərarı verərdimi" sualını cavablandırıb: "Penaltidir də, istər ilk dəqiqələrdə olsun, istərsə də son dəqiqələrdə. Əgər əllə oyun var idisə, top qapı tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir".
Mütəxəssis gələcək karyerasını "Real"da davam etdirib-etdirməyəcəyi haqda bunu söyləyib: "Mən bu barədə heç nə deyə bilmərəm. Oyun barədə sualınız varsa, cavab verərəm".
O, H qrupundakı hazırkı durum haqda danışıb. X.Alonso 2-ci yer uğrunda "Qarabağ" və "Molde" aasında rəqabət gedəcəyini bildirib: "Molde" ilə "Qarabağ" arasında rəqabət gedəcək. Son oyun göstərəcək ki, hansı komanda ikinci yeri tutmağa qadirdir".
Sonda məşhur məşqçi "Qarabağ"ın bir neçə oyunçusunu üstün keyfiyyətlərinə görə fərqləndirib: "Qarabağ" çox gözəl komplektləşib, yaxşı heyəti var. Bütün futbolçularının yaxşı olduğunu deyə bilərəm. Yankoviç, Zubir, Juninyo... Digərlərinin xətrinə dəymək istəmirəm. Hamısı yaxşıdır. İnanıram ki, onlar üzərinə düşən işi görəcəklər".
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır