Finalda uduzan baş məşqçi istefa verdi

Finalda uduzan baş məşqçi istefa verdi
DÜNYA FUTBOLU 6 Noyabr 2023 / 15:15 2867
-  A +

“Boka Xuniors” baş məşqçisi Xorxe Almironla yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə Argentina klubunun rəsmi saytı məlumat yayıb.
 
52 yaşlı mütəxəssis öz istəyi ilə komandadan gedib. 

Qeyd edək ki, “Boka Xuniors” bir neçə gün əvvəl Libertadores Kubokunun finalında “Fluminense”yə uduzub -1:2. 

Xorxe Almiron bu ilin aprel ayından "Boka Xuniors"u çalışdırırdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner