AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 9-cu turunda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar da verilib
Həmçinin oxuyun: Azərbaycan futbolunda qalmaqal, hakimlər meydanı tərk etdilər - Video, Bəyanat
Qərara əsasən, "Göygöl” – “Şəki Siti” oyununun 82-ci dəqiqəsində “Göygöl” klubunun baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanıb, “Göygöl” klubu 2000 manat cərimə edilib.
Matçın 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə “Göygöl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, “Göygöl” klubu 500 manat cərimə edilib və “Göygöl” klubuna növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilib. Bu sanksiya 2-ci liqa oyununa aiddir.
Oyuna Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç 7 dəqiqə gec başladığına görə “Göygöl” klubu 100 manat cərimə edilib.
Matçın 65 və 83-cü dəqiqələrində “Göygöl” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Göygöl” klubuna xəbərdarlıq edilib.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması