Oktyabrın 31-də keçirilən 2-ci liqanın "Göygöl" - "Şəki Siti" matçında qalmaqal baş verib.
Qol.az xəbər verir ki, 83-cü dəqiqədə baş hakim Rövşən Rəcəbov oyunu dayandırıb. Buna meydan sahibi komandanın hakimə davamlı etirazları səbəb olub. Nəticədə R.Rəcəbov və köməkçiləri polisin müşayiəti ilə meydanı tərk edib. Oyun isə bərpa olunmayıb.
Qeyd edək ki, bu zaman hesab 2:1 "Şəki Siti"nin xeyrinə olub. İkinci hissədə "Göygöl"ün 3 futbolçusu qırmızı vərəqə alıb. Həmçinin baş məşqçi Araz Mansurov da texniki zonadan uzaqlaşdırılıb.
Məsələ ilə bağlı yekun qərarı AFFA İntizam Komitəsi verəcək.
"Göygöl" klubu isə hadisə ilə əlaqədar bəyanat yayaraq baş hakimi günahlandırıb.
"80-ci dəqiqədə hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib. O, meydanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançı şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb" - deyə bəyanatda bildirilib.
Qeyd edilib ki, daha sonra hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb. Sənəddə baş hakimin kobud səhvlərə yol verdiyi qeyd edilib və onun cəzalanması, matçın yenidən təşkil edilməsinin vacibliyini bildirilib. Bununla bağlı AFFA-ya rəsmi müraciət ediləcəyi də qeyd olunub.
Bəyanatda hakimin "Göygöl"ün futbolçularına verdiyi qırmızı vərəqələrin şübhə doğurduğu da bildirilib: "Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan belə halların yolverilməz olduğunu, məsələnin AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edir, ədalətli qərar verəcəyinə inamımızı bildiririk".
Bəyanatın sonunda bildirilib: "Göygöl" Futbol Klubu daima ədalət tərəfdarı olub, atdığı bütün addımlar zamanı ilk öncə dürüstlük, idman prinsipləri, layiqli oyun nümayiş etdirilməsini istəyib. Futbolçularımızın bundan öncəki matçlarda da qırmızı vərəqələr aldığı məqamlar da olub, bunu təbii qiymətləndirərək heç bir etiraz etməmişik. Lakin qərəzli halların ardıcıl baş verməsinin üzücü bir tendensiyaya çevrilməsi bizi narahat edir. Məsələ ilə bağlı videofaktlar klubumuz tərəfindən aidiyyati üzrə təqdim etmək üçün hazırdır".
Peşəkar Futbol Liqasının texniki idman departamentinin rəhbəri Elgiz Abbasov Qol.az saytına bildirib ki, oyundakı hadisə ilə əlaqədar təmsil etdiyi qurumun açıqlaması olacaq.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Çempionlar Liqasında 4-cü tur başlayır
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər