Vüsal oynadı, komandası qalib gəldi

Vüsal oynadı, komandası qalib gəldi
DÜNYA FUTBOLU 31 Oktyabr 2023 / 20:19 1810
-  A +

Albaniya Superliqasında 11-ci tura start verilib.

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” evdə “Kukesi” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal da bu oyunda iştirak edib. 27 yaşlı hücumçu meydana start heyətdə çıxıb və 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Eqnatiya" hazırda turnir cədvəlinə 23 xalla liderdir.

"Eqnatiya" - "Kukesi" - 2:1

Qollar: Medeyros, 36, Şpayiu, 56 - La Torre, 26

Daha çox


Son xəbərlər