"Haaland da "Qızıl top"a layiqdir" - Messi

"Haaland da "Qızıl top"a layiqdir" - Messi
DÜNYA FUTBOLU 31 Oktyabr 2023 / 10:21 3217
-  A +

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Qızıl top"u aldıqdan sonra bu mükafata iddialı olan "Mançester Siti"nin futbolçsu Erlinq Haaland haqqında danışıb.

QOL.az xəbər verir ki, o, norveçli hücumçunun da "Qızıl top"u qazanmağa layiq olduğunu bildirib:

“Erlinq də buna layiqdir. O, Premyer Liqanı, Çempionlar Liqasını qazandı, hər yerdə bombardir oldu. Bu mükafat onun da payına düşə bilərdi. Əminəm ki, qarşıdakı illərdə bunu qazanacaq".

Qeyd edək ki, "Qızıl top" mükafatının səsverməsində Erlinq Haaland 2-ci olub. İlin ən yaxşı hücumçusu nominasiyasında isə Halland birinci olaraq "Herd Müller" mükafatını qazanıb.


Son xəbərlər