Futbolçunu öpən prezidentə FİFA-dan ağır cəza

Futbolçunu öpən prezidentə FİFA-dan ağır cəza
DÜNYA FUTBOLU 30 Oktyabr 2023 / 15:54 3441
-  A +

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales üç il müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.

QOL.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Qurumun İntizam Komitəsi Rubialesin qadınlardan ibarət İspaniya millisinin üzvü Cennifer Ermosonu dodağından öpdüyünə görə belə qərar qəbul edib.

Xatırladaq ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni məğlub etdiyi oyundan sonra Luis Rubiales mükafatlandırma mərasimində Cenniferi öpüb.


Son xəbərlər