"Bayer" yenidən liderliyə yüksəldi

"Bayer" yenidən liderliyə yüksəldi
DÜNYA FUTBOLU 30 Oktyabr 2023 / 00:28 3959
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" Almaniya Bundesliqasında 9-cu tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Frayburq"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

 "Bayer" - "Frayburq" - 2:1
Qollar
: Virtz, 36 (1:0), Atubolu, 60-avtoqol (2:0), Gulde, 70 (2:1)

Bu nəticədən sonra xalını 25-ə çatdıran Xabi Alonsonun baş məşqçisi olduğu komanda turnir cədvəlində yenidən 1-ci pilləyə yüksəlib. "Bavariya" 23 xalla 2-ci, "Ştutqart" 21 xalla 3-cüdür.

Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında ilk oyunda Almaniya klubu 5:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında ikinci matç noyabrın 9-da Bakıda keçiriləcək. 


Son xəbərlər