Mançester derbisində qonaqlar qəlib gəldilər

Mançester derbisində qonaqlar qəlib gəldilər
DÜNYA FUTBOLU 29 Oktyabr 2023 / 21:33 3351
-  A +

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün turun mərkəzi qarşılaşması keçirilib.

"Mançester Yunayted" öz meydanında "Mançester Siti"ni qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Şəhərlilər"in heyətində Erlinq Haaland dubl edib.

29 oktyabr

İngiltərə Premyer Liqası, 10-cu tur

"Mançester Yunayted" - "Mançester Siti" - 0:3

Qollar: Haaland, 26, 49, Foden, 80

Bu nəticədən sonra "Mançester Siti" 24 xalla 3-cü, "Mançester Yunayted" 15 xalla 8-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 26 xalla "Tottenhem" başçılıq edir. 


Son xəbərlər