"Qalatasaray" səfərdə, "Adana Demirspor" evdə qalib gəldi

"Qalatasaray" səfərdə, "Adana Demirspor" evdə qalib gəldi
DÜNYA FUTBOLU 29 Oktyabr 2023 / 01:18 3650
-  A +

Türkiyə Superliqasında 10-cu turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, "Alanyaspor” – “Sivasspor” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” evdə “Konyaspor”u 3:0 hesabı ilə məğlub edib. Şahruddin sonadək ehtiyatda qalıb.

“Qalatasaray” isə səfərdə “Rizəspor”u 1:0 hesabı ilə məğlub edib.

 

28 oktyabr

"Alanyaspor" – "Sivasspor" - 1:2
Qollar:
F.Aksoy, 66 – Kvet, 90+3. Manay, 90+7.

"Adana Dəmirspor" – "Konyaspor" - 3:0
Qollar
: Nianq, 54; 90+3. Balotetlli, 81.

"Rizəspor" – "Qalatasaray" - 0:1
Qol:
S.Oliveyra, 68.

Bu nəticələrdən sonra turnir cədvəlinə 28 xalla (10 oyun) "Qalatasaray" başçılıq edir. Bir oyun az keçirən "Fənərbaxça" 27 xalla 2-ci, "Adana Demirspor" 20 xalla 3-cüdür.


Son xəbərlər