"El-Klassiko"nu "Real" qazandı

"El-Klassiko"nu "Real" qazandı
DÜNYA FUTBOLU 28 Oktyabr 2023 / 20:14 11105
-  A +

İspaniya La Liqasında 11-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, turun mərkəzi və maraqla gözlənilən görüşü bu gün keçirilib.

"Barselona" öz meydanında əzəli rəqibi "Real"ı qəbul edib. Mövsümün ilk "El-Klassiko"sunda Madrid təmsilçisi son dəqiqələrdə vurduğu qol ilə 2:1 hesablı qələbə qazanıb.

Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Real" liderliyə yüksəlib. "Barselona" isə 24 xalla 3-cüdür. 

28 oktyabr

İspaniya La Liqası, 11-ci tur

"Barselona" - "Real" - 1:2

Qollar: Gündoğan 6 - Bellinqem, 68, 90+2

Baş hakim: Xesus Gil Mansano

"Olimpiya Stadionu".


Son xəbərlər