“Qəbələ”nin turnir cədvəlində mövqeyi yaxşı olmasa da, son oyunlarda inamlı çıxış edirlər. Onların yaxşı heyəti var. Amma biz "Qəbələ"yə qarşı necə oynayacağımızı bilirdik. Matça fəal başlamasaq da, rəqibin azlıqda qalması işimizə yaradı. Bundan faydalanaraq ardıcıl qollar vurduq və bizim üçün vacib olan 3 xal qazandıq”.
Bu sözləri Qol.az-a müsahibəsində “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Miço Kuzmanoviç Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edərkən deyib.
Matçda 4-cü qolun müəllifi olan bosniya və herseqovinalı futbolçu milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilənin onlar üçün faydalı olduğunu bildirib: “Həm istirahət edə bildik, həm də gündəlik hazırlıqlarımızı davam etdirdik. Nəzərə almaq lazımdır ki, biz mövsümün əvvəlində çox gec toplaşmışıq. Bir araya gəldikdən təxminən 2 həftə sonra çempionatda ilk matçımıza çıxmışdıq. Ona görə də bu cür fasilələr bizim üçün çox faydalıdır. Elə buna görədir ki, “Qəbələ” ilə matçda meydanda enerjili görünürdük”.
“Araz-Naçıvan”ın liderlərindən olan futbolçu mövsümə uğurlu start vermələrindən də söz açıb. O qeyd edib ki, inamlı çıxışın hər hansı bir xüsusi sirri yoxdur: “Oyundan-oyuna daha yaxşısını etmək üçün çalışırıq. Hər matçda qalib gəlməyi hədəfləyirik. Hər hansı bir sirr yoxdur. Sadəcə üzərimizə düşəni ən yaxşı şəkildə etməyə çalışırıq. Daha yaxşı oynasaq, hər şey mümkündür”.
Kuzmanoviç bildirib ki, “Araz-Naxçıvan”ın avrokuboklara vəsiqə qazanması mümkündür: “Biz avrokuboklara vəsiqə qazanacağımıza inanırıq. Lakin indidən gələcək barədə çox danışmaq istəmirəm. Hər şeyi zaman göstərəcək. Sadəcə onu bilirəm ki, futbolda hər şey mümkündür”.
Miço növbəti tur son çempion "Qarabağ"a qarşı keçirəcəkləri matça da toxunub: “Bu matça da çox ciddi hazırlaşacağıq. "Qarabağ" keyfiyyətli oyunçulara malik peşəkar komandadır. Hər mövqedə bir-birini əvəz edə bilən oyunçuları var. Onlarla keçirdiyimiz son oyunda pis təsir bağışlamamışdıq. Son saniyələrdə qapımızda gördüyümüz qolla həmin oyunu uduzduq. Bu dəfə əlimizdən gələni edəcəyik ki, maksimum yaxşı nəticə göstərək”.
O "Qarabağ"dan çəkinmədiyini vurğulayıb: “Mən şəxsən çəkinmirəm. Bəlkə hansısa oyunçu çəkinə bilər. Amma bu hal mənə xas deyil”.
“Araz-Naxçıvan”ın “14 nömrə”si Ağdam klubunun Premyer Liqadakı digər kollektivlərdən üstün olduğunu söyləyib: “Bəli, “Qarabağ” Premyer Liqadakı digər 9 klubdan bir baş üstündür. "Qarabağ"ın legionerləri olduqca baxımlı oyun göstərirlər. Onlar Avropa Liqasında da inamlı çıxış edirlər. Fərdi ustalıq “Qarabağ”ın legionerlərini bizdən fərqləndirir. Demək olar ki, eyni səviyyədə 2 heyətə malikdirlər”.
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq