"Bilirdik ki, ağır oyun olacaq. Turnir cədvəlində son pillələrdə olsaq da, matça ümidli yanaşmışdıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 10-cu turunda evdə "Araz-Naxçıvan"a uduzduqları oyundan (1:4) sonra keçirilən mətbuat konfransında deyib.
- Komanda yaxşı nəticəyə köklənmişdi. İlk dəqiqələrdə çoxsaylı epizodlar yaratdıq. Yenə də dəyərləndirməkdə axsayırdıq. Oyunun qırılma nöqtəsi İlkin Qırtımovun qırmızı vərəqə alması idi. Komanda bundan sonra oyundan qopdu. Hücum etmək ağır idi.
- Neçə illərdir "Qələbə"də qalib ruhu formalaşmışdı. Bu mövsüm isə bunu görə bilmirik. Səbəb nədir?
- Komandanın ruhunu məğlubiyyətlə dəyərləndirirsiniz. "Qəbələ" futbol oynayır. Oyun keyfiyyəti bizdən aşağı olan komandalar var ki, nəticə qazanırlar. Oyun planında nöqsan görmürəm.
- Osama Xalaylanın qırmızı vərəqəsi haqda nə deyə bilərsiniz?
- Oyun epizodudur. Məsuliyyətsizlikdən danışmaq mümkün deyil. Hər iki oyunçu mübarizədə idi. Hündürə tullananda əlin qalxması normaldır. Fikrimcə, ikinci sarı vərəqəni verməmək olardı. Hakim sərt qərar verdi.
- Bəs İlkin Qırtımovun qırmızı vərəqəsi?
- Epizodu görməmişəm. Mənə dedilər ki, təmas topadır. Biz fərqli görürük. Hakim sərt qərar verdi. Yəqin ki, təhlil edib nəticə çıxararlar.
- Samuel Tettehin durumu sizi qane edir?
- 90 dəqiqə oynamağa hazır deyil. Onu daha yaxşı formaya gətirməyə çalışırıq. 2-3 oyundan sonra optimal formada olacaq.
- Qapı xəttində yenə problem görünür. Olmaz ki, gənc qapıçı Elməddin Sultanova şans verəsiniz?
- Sizin yanaşmanızı başa düşürəm. Atanqana səhv edir, Rəşad yada düşür. Rəşad səhv edir, Elməddin yada düşür. Bu, düzgün yanaşma deyil. Futbol səhv oyunudur. Heç kim bundan sığortalanmayıb. Rəşad təcrübəli qapıçıdır. Ümid edirəm ki, səhvlərini düzgün təhlil edəcək və aradan qaldıracaq.
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi