"Rəqibi təbrik edirəm. Bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. Yeni gələn oyunçular üçün bir az çətindir. "Sabah"ı ilk dəfədir görürlər. Top rəqibdə olanda da nə etməli olduğumuzu bilirdik. Futbolçuları təbrik etdim. 4 gündən sonra təxirə salınmış oyunumuz olacaq. Bizi məyus edən İsa Sulimanın zədələnməsidir. Zədəsi ciddi olsa, onu layiqincə əvəz edən olacaq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 10-cu turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Artıq hakimlər gestapoya çevrilib, hər sözə sarı vərəqə verirlər. Məşqçi sözünü deməlidir. Biz də oyunun içindəyik. Fikriniz nədir sizin? Bəzi şeylərdə güzəşt olmalıdır. Bunlar oyunun bir hissəsidir. Öz işlərini rahatlaşdırmaq üçün edirlər. Ümumi olaraq bu gün hakimlik pis deyildi. Mənim sarı vərəqə görməyim normaldır. Bu, birinci dəfə deyil. Bundan sonra da olacaq" - deyə o bildirib.
Mütəxəssis narazı qaldığı məqamlarının olduğunu vurğulayıb: "4 gün sonra oyun var və nəsə deyə bilmərəm. Bəzi oyunçuların üzərində dayanacam. Sadə epizodlarda məsuliyyəti üzərinə götürməyənlər oldu. Kölgədə dayanmaq komandaya da təsir edir. Bunları düzəldəcəyimizə inanıram. Bizə görə keyfiyyətli oyunçulardır. Yenidilər, bu komandaları tanıya-tanıya düzələcək".
S.Abasov "Sabah"ın baş məşqçisi Murad Musayev tez-tez rəqiblərin vaxt uzatdığı barədə söylədiyi fikrə belə münasibət bildirib: "Yusif İmanov yerdə qalanda kinayə ilə əl çaldım. Bu, sırf Murad Musayevə və "Sabah"a cavab idi. Görürsüz, sizdə də olur. Oyundan sonra futbolçular da yaxınlaşdı ki, siz düz deyirsiz. "Neftçi"də olanda burada "Sabah"a 2:0 qalib gəlirdik. Sonra qollar vuruldu. Həmin matçda Saşa Stamenkoviç vaxt uzadırdı. Həmin oyundan sonra vaxtın uzadılması ilə bağlı narazılıq etdim, lakin tənqid olundum. Vaxt apardığı üçün komandadan futbolçu qovmuşam, cərimələr yazmışam. Mənim komandalarım heç vaxt oyunun vaxtını uzatmayıb. Uzadanda da qələbə üçün ediblər.
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi