“Kəpəz”in qapıçısı Kamran İbrahimov “Zirə” ilə oyundan (0:0) jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə qarşılaşma barədə fikirlərini açıqlayıb:
- Yaxşı mübarizə apardıq, vuruşduq, qələbə qazanmağa çalışdıq, amma qol vura bilmədik. İstənilən halda, qapımızdan top da buraxmadıq. Ən azından bir xal götürə bildik. "Zirə" oturuşmuş komandadır. İki ildir ki, Premyer Liqaya çıxmışıq. Vuruşduq, bir xalı qazana bildik.
- 10 tur ərzində “Kəpəz” yalnız iddialılardan xal alıb. Bunu nə ilə əlaqələndirmək olar?
- Bu, motivasiya ilə bağlı ola bilər. Hər oyunda qələbə qazanmağa çalışırıq. Olmayanda da, olmur. Futbol elədir ki, bəzən alınır, bəzən yox.
- Əvvəlcə "Kəpəz"də qapıçı problemi oldu, yeni transfer reallaşdı. Sanki bundan sonra daha inamlı oynamağa başladın...
- Özümə inamım artdı. Yeni komandaydıq, yeni yığışmışdıq. Ötən mövsüm bəlkə də özümü yaxşı tərəfdən göstərə bilmədim. Amma bu il məşqçilər sağ olsunlar, özümü göstərməyə şans verdilər. Bundan istifadə etdim və indi əsas qapıçıya çevrildim.
- Bir neçə gün əvvəl “Kəpəz” daha bir legioner qapıçı transfer etdi. Bu məqam səni narahat etmir?
- Xeyr, heç bir narahatlıq yoxdur. Rəqabət artır. Biz bir-birimizi gücləndiririk. Bu da yaxşı haldır.
- Bu dəfə Gəncədə yox, Tovuzda oynadınız. Demək olar ki, Tovuz stadionu sizin üçün düşərli oldu?
- Bəli, olar. Amma ümumi götürəndə həm "Zirə"nin, həm də bizim oyunumuz alınmadı. Təbii örtüklü meydanda məşq edib, gəlib süni qazonda oynamaq bizim üçün çətindir. Azərbaycan çempionatında iki süni örtüklü meydançası olan komanda var, biri "Səbail", digəri "Turan Tovuz"un. Bu cür meydanda oynamaq hər komandaya əziyyət verir. Təbii örtükdə məşq edib, sonra süni meydançada oynamaq zədələrə yol açır, yorğunçuluq daha çox olur.
- Bunu daha çox meydan oyunçuları deyir. Qapıçılar üçün də eyni amil keçərlidir?
- Bəli, keçərlidir. Topun istiqaməti, sürəti, hər şeydə fərqlilik var.
- "Kəpəz"in turnir cədvəlindəki bugünkü durumu yaxşı deyil. Gələcəkdə necə olacaq? Komanda nə etməlidir ki, xallar qazansın?
- Hər oyunda mübarizə aparacağıq. Bilirəm ki, komandamızın xal baxımından vəziyyəti o qədər də yaxşı deyil. Sadəcə bundan sonrakı oyunlara baxmaq lazımdır. Çalışacağıq ki, uğurlu nəticələrimiz olsun.
- Qarşıdakı turda qərb derbisi olacaq. "Turan Tovuz"la matç haqda hansı fikirdəsən? "Zirə" ilə oyundan iki qat çətin olacağını fikri ilə razısan?
- Matç "Turan Tovuz"un öz meydançasında olacaq. Bizim üçün çətin keçəcək. Süni meydanda oynamağın özü də çətindir. Əslində, "Turan Tovuz" özü də təbii örtüklü meydanda məşq edir, daha sonra süni meydançada oynayır. Onlar da çətinlik çəkir. İki komanda üçün də asan keçməyəcək. Lakin bizim üçün ikiqat çətin alınacaq. Çünki "Turan Tovuz"un stadionunda oynayacağıq. Azarkeşlərimiz isə bizə hər zaman dəstək olurlar. Bir saatlıq yoldur, uzun məsafə deyil. Gəlirlər, dəstək olurlar, sağ olsunlar.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi