İkinci hissədə oyunumuzu düzəltdik. Təəssüf ki, bunu lazımi nəticəyə çevirə bilmədik. Heç-heçə ədalətli nəticədir”.
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”lə oyundan (0:0) sonra deyib.
O, komandasının hücumları məntiqi sonluğa çatdıra bilməməsini futbolçuların keyfiyyəti ilə əlaqələndirib: “Heyətimizdə yaradıcı futbolçu qıtlığı var. Digər komandalara baxırıq, heç nədən qol yaradırlar. Ümumən futbolçuların çıxışından razıyıq. 20 xal toplamışıq. Sadəcə olaraq oyun baxımından daha yaxşısını istəyirəm”.
Mütəxəssis zirvədə qalmağın çətinliyi barədə bunları söyləyib: “Təbii ki, çətin olacaq. Bu gün ilk hissədən narazı idim. Amma ikinci hissədə yaxşı oynadıq. Çempionat çətin keçir. Kim daha istəkli olacaqsa, o da üstünlük qazanacaq. Nəsə proqnoz vermək çətindir. Bəzi mövqelərdə usta futbolçuya ehtiyacımız var”.
O qeyd edib ki, “Qarabağ”la eyni xala malik olmaları üzərlərində təzyiq yaratmır: "Qarabağ"ın xal toplaması bizdə basqı yarada bilməz. Onların gücünə hamımız bələdik. Bütün matçlar ağır keçir. Oyunları təhıil edəndə əmin olmursan ki, hansısa rəqib üzərində dominantlıq edəsən. Hamı böyük çətinliklə qələbə qazanır. Bu, futbolumuz üçün yaxşıdır. Uzun illərdir ki, çempionatda rəqbatin olmasını istəyiridik. Bu mövsüm bunu görürük. Bizi çox maraqlı mövsüm görünür”.
R.Sadıqov qeyd edib ki, adının milli komanda ilə yanaşı hallanması “Zirə”dəki işinə mənfi təsir etmir: “Uzun illərdir futbol ictimaiyyəti millidə yerli məşqçinin çalışmasını istəyir. Mən də yerli məşqçilərdənəm. Adımın hallanması normaldır. Bu gün bütün varlığımla "Zirə"nin uğurları üçün çalışıram. Bu dəqiqə bütün işim "Zirə" ilə bağlıdır. Ehtimalla bağlı suallara cavab verməyi düzgün hesab etmirəm”.
O, həm “Zirə”də, həm də millidə çalışmaq barədə sualı belə cavablandırıb: “İki yerdə işləməyi Azərbaycanda yalnız Qurban Qurbanov bacara bilər. Mən və digər məşqçilər üçün çox çətin olar”.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var
"Turan Tovuz" "Monpelye"nin yetirməsini transfer etdi
Toral oynadı, komandası qalib gəldi
Daha 1 il "Araz-Naxçıvan"da
DÇ-2026-nınn ən pis "111-liy"i - Neymar da var
Messi Argentina millisindən ayrılır