Salah dubl etdi, "Liverpul" derbidə qalib gəldi

Salah dubl etdi, "Liverpul" derbidə qalib gəldi
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2023 / 17:50 3082
-  A +

İngiltərə Premyer Liqasının 9-cu turunda Mersisayd derbisi keçirilib.

Qol.az xəbər verir ki, "Liverpul" "Everton"u qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən görüşdə Məhəmməd Salah dubla imza atıb.

"Liverpul" - "Everton" - 2:0
Qollar:
Salah, 75, 90+7
Qırmızı vərəqə: Yanq, 37 ("Everton")

Bu nəticədən sonra "Liverpul" 20 xalla (9 oyun) turnir cədvəlində 1-ci pilləyə yüksəlib, "Everton" isə 7 xalla 16-cıdır. 19 xalla 2-ci pilləyə düşən "Tottenhem" oktyabrın 23-ü keçiriləcək "Fulhem"ə qarşı matçda qalib gəlsə, yenidən liderliyi bərpa edəcək. 

Daha çox


Son xəbərlər
topaz banner