"Azarkeşlər yaxşı futbol izlədilər. Oyunda hər şey var idi. Hər iki komanda qalib gələ bilərdi. Layiqli futbol oynadıq. Standart vəziyyətdən lazımsız qol buraxdıq. Bundan sonra hesabın 2:3 və 2:4 olmasının heç bir fərqi yox idi. Bu gün komandadan razıyam. "Neftçi"ni təbrik edirəm. İstəkləri çox idi. Belə oynasaq, nəticələr gələcək. Düz yoldayıq".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Misli Premyer Liqasının 10-cu turunda "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Mənim futbol fəlsəfəm elədir ki, istəyirəm daim hücum edək, şən futbol oynayaq. 10 oyunun hamısında qol vurmuşuq. Müdafiədə oturmadıq. Ondan sonra da hücumlar etdik. Bu gün meydana qələbə üçün çıxmışdıq. Kiminlə oynamağımızdan asılı olmayaraq müdafiədə oturmayacağıq. Xoşbəxtliyi rəqib qapısında axtarmağa çalışırıq" - deyə o bildirib.
Mütəxəssis daha sonra vurğulayıb: "Bütün komandalarda belədir, qol vurandan sonra qapını toxunulmaz saxlamağa çalışırsan. Bu da mane olur. İlk 15 dəqiqədə qol vurmaq istəyirdik. Buna nail olduq. İstəmədən müdafiəyə oturduq. Amma bundan sonra 3 dənə qol şansımız oldu. İkinci qolu vursa bilsəydik, bizim üçün daha yaxşı olardı. 1:0 sürüşkən hesabdır. 0:0 bundan daha yaxşıdır. Çünki konsentrasiyanı itirmirsən".
Ş.Diniyev "Cabir Əmirli əməliyyat olunub, bu gün Süleyman Əhmədov zədələndi. Həmin mövqedə yalnız Rafael Məhərrəmli var. Bu, sizi narahat etmir?" sualına belə cavab verib: "Hər mövqeyə 2 bərabərsəviyyəli oyunçu transfer etmək istəyirdik. Bircə sağ cinahda problemimiz qaldı. Bir futbolçu ilə danışırdıq. Son məqamda başqa klub keçdi deyə o mövqeni doldura bilmədik. Nə olursa, yaxşılığa doğru olur. Rotasiya da edə bilərik, Rafael də oynaya bilər. Bunu böyük problem kimi qəbul etmirik. Bəhanə gətirmək istəmirəm. Boşluq varsa, bu, baş məşqçinin günahıdır.
Futboldur, üç nəticədən biri olmalıdır. Elə bil kimsə ölüb, ya nə... Həyat davam edir. Pis oynayıb uduzmadıq. "Neftçi"nin bu gün əvəzetmədən oyuna girən futbolçuları bizim heyətə bəs edir".
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi