"Qarabağ"da şok itki

"Qarabağ"da şok itki
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2023 / 21:55 6080
-  A +

"Qarabağ"ın futbolçusu Marko Yankoviç zədələnib.

Qol.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda "Turan Tovuz"la səfər matçından (2:2) sonra təşkil olunan mətbuat konfransında danışıb.

O, 28 yaşlı yarımmüdafiəçinin Monteneqro millisinin heyətində zədələndiyini bildirib: "Marko Yankoviç millidə zədələnib. 1-2 həftə bizimlə olmayacaq".

Beləliklə, Yankoviçin oktyabrın 26-da "Bayer"ə qarşı Leverkuzendə keçiriləcək Avropa Liqasının oyununu buraxacağı dəqiqdir.

Qeyd edək ki, 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinən Marko Monteneqro millisinin Livanla yoldaşlıq oyunu və Avro-2024-ün seçmə mərhələsində Serbiya ilə matçı üçün yığmaya dəvət almışdı.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner