"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 10-cu turunda doğma meydanda "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.
Qol.az saytının məlumatına görə, Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə matçla bağlı fikirlərini açıqlayıb:
- Bizə də Tovuzda axşam oyun keçirmək qismət oldu. Bu gün hər şey möhtəşəm idi. "Qarabağ"ı burada görmək xoşdur. İddialı olmaq istəyiriksə, bu cür komandalarla oyunda çəkinməməliyik. İkinci hissəyə çox yaxşı başladıq. Təmiz qolumuzu saymadılar. Top göydə olanda hakim fiti çalır. Bu gün VAR sistemi var. Mübahisəli epizodu buraxıb sonra VAR-da incələmək lazımdır. 1 xal bizim üçün önəmli idi. Uduza da bilərdik. Futbolçularıma təşəkkür edirəm. Son 5 dəqiqədə irəli atılıb qol vurdular. Biz klub olmaq istəyirik. Bunun üçün də bir çox maneələr var. Onlarda biri də ot örtüyüdür. Artıq yeni yerimiz var. Orada meydançalar salınandan sonra buranı təbii örtüklü edəcəyik.
- Adətən rəqiblər "Qarabağ"la oyunda müdafiəni düşünür. Siz isə hesab 1:1 olarkən hücum oyunçuları buraxdınız meydana. Qələbə qazana biləcəyinizi hiss edirdiniz?
- Bütün oyunlarda bunu istəyirik. "Qarabağ"la ilk oyunda da müdafiəyə oturmamışdıq. Əlbəttə məğlubiyyətlər olacaq. Komanda belə olur. Bir oyun sistemini qurmaq üçün vaxt lazımdır. Oyundan-oyuna fərq var. Qələbə qazanmaq istəyirdik.
- Bu heç-heçəni qələbəyə bərabər hesab etmək olar?
- Hər xal vacibdir. Uduzmamaq lazımdır. "Neftçi", "Zirə" ilə heç-heçə etsəydik, indi yuxarı pillələrdə ola bilərdik.
- 90-cı dəqiqədə qol buraxdıqdan sonra 1 xalın əldən getdiyini düşündünüz?
- Bizim çəkdiyimiz stress tam başqadır. Amma futbolçuların əzmkarlığı mənə yaxşı siqnal verirdi. Gələcəkdə qələbələr olacaq.
- Hakimin qələbəni əlinizdən aldığını düşünmək olar?
- Hakimə dedim ki, epizoda baxdım. Mənə elə gəlir ki, VAR-da olanlar başqa oyuna baxıb. Faiq Medinaya toxunmadı. VAR-da dedilər ki, rəqibin köynəyini əynindən çıxarıb. Tək bu oyun deyil. "Sumqayıt"la matçda da penaltimizi vermədilər.
- Azarkeşlər Belajdi Pusini meydana buraxmağınız üçün onun adını səsləndirirdilər. Bu, sizi əsəbləşdirmədi?
- Tovuzda bəzi şeylərə öyrəşməliyilk. Pusi meydanda olsaydı, Otto Conun adını səsləndirəcəkdilər. Azarkeş fikridir. Bu, normaldır. Bizim öz planımız var.
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi