Klublar Komitəsinin yeni sədri müəyyənləşdi

Klublar Komitəsinin yeni sədri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2023 / 18:16 2121
-  A +

Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

Qol.az xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə Klublar Komitəsinin sədri seçilib.

Qeyd edək ki, buna qədər Klublar Komitəsinin sədri "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov idi. 

Daha çox


Son xəbərlər
topaz banner