"Asan oyun olmadı. Bura hazır gəlmişdik. Azərbaycanın hansı oyuna qadir olduğunu bilirdik, son iki matçlarına baxmışdıq. Asan olmasa da, konsentrasiya olmuşduq ki, qalib gələk. Buna da nail olduq".
Qol.ax xəbər verir ki, bu sözləri Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan millisinə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis matçın sonuna yaxın futbolçular arasında baş verən insidentlə bağlı da danışıb: "Əgər davanı nəzərə alırsızsa, bu, futboldur, hər vəziyyət ola bilər. Dava da həmçinin. Sona 10 dəqiqə qalmış Saşa sifətinə zərbə almışdı. Bilərəkdən nəsə etmədi. Meydanda hər şey ola bilər. Futbolçular bir-birini söyə də, itələyə də bilərlər. Fransa, İspaniya, Belçika ilə görüşlərdə də hətta bir-birini söyürdülər. İrəli addım atmaq üçün hər üsuldan istifadə etməliyik. Təsnifat mərhələləri çətin olduğu üçün oyunçular özlərindən çıxırlar".
Ranqnik Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Almaniyanın "Bayer" klubu arasında keçiriləcək görüş haqda da fikir bildirib: "Hazırda başqa oyundayıq. "Qarabağ"la maraqlanırıq, məlumatımız var. "Bayer" indi yaxşı formadadır, Bundesliqada yaxşı nəticələr əldə edirlər. Xal alacaqlar ya yox, bunu vaxt göstərəcək. Yığma ilə bağlı sual varsa, verə bilərsiz. Avstriyada da Azərbaycan klubları izlənilir, "Qarabağ"da tanınır".
Baş məşqçi ilk hissədə çətinlik çəkdiklərini qeyd edib: "Birinci hissədə çalışdıq ki, erkən qol vuraq, amma alınmadı. Azərbaycan yaxşı müdafiə olunurdu. Səhvlər edirdik, toparlana bilmirdik. İkinci hissə başlayanda oyunçulara dedim ki, toparlanmaq və ən azı bir qol vurmaq lazımdır. Başlayan kimi qol vurduq. Amma rahatlaşmalı deyilik. İkinci yarıda yenə səhvlər edirdik".
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi