“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox vacib qələbə qazandıq. Birinci dövrədəki çıxışlarına görə oyunçularımı təbrik edirəm. Bizim üçün uğurlu başlanğıcdır. 9 oyuna 19 xal yaxşıdır”.
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 9-cu turunda “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.
O, “Turan-Tovuz”la oyuna hazırlaşmağın çətin olduğunu bildirib: “Onlara qarşı uğurlu oyun planı cızmaq çətindir. Ayxan Abbasov savadlıdır. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə oyunlardan biri oldu. Rəqibin ikinci hissənin ortalarından sonra oyununda inkişaf göz qabağında idi. Əks-hücumlarımız var idi. Amma təəssüflər ki, alınmadı. Nəticə bizim üçün sərfəlidir. Çox vacib qələbədir. Bundan sonrakı dövrələrdə də uğurlu çıxışa davam etmək istəyirik”.
Sadıqov komandasının ilk dövrədəki üstünlükləri və çatışmazlıqları barədə bunları söyləyib: “Komanda yaxşı xarakter nümayiş etdirir. Bəzi oyunları çıxmaq şərtilə, futbolçularımın peşəkarlığından və xarakterindən razıyam. Etibarlı oynayırıq. Rəqiblər də bizi təhlil edir. Hücum potensialımızı artırmalıyıq. Fürsətlərdən yaxşı istifadə etməliyik. Bunların hamısını anlayışla qarşılayıram. Bir çox futbolçular keçmişdə böyük klublarda, stabil çıxış etməyən futbolçulardır. Onlardakı gərginlik normaldır. Özümüz də bilirik ki, hansı futbolçulara güvənirik. Sadəcə zaman lazımdır ki, özlərinə güvənsinlər, uyğunlaşsınlar. Birinci yerdə olmağımız da komandaya əlavə təzyiq yaradır. Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq”.
“Zirə”nin çalışdırıcısı Rüstəm Əhmədzadənin çıxışını belə dəyərləndirib: “Bugünkü oyuna görə qiymət veririksə, Rüstəm ən yaxşı oyunçumuzdur. Toplu və topsuz çox yaxşı idi. Ondan çox razı qaldım. Belə davam edərsə, potensialını tam açacaq”.
O, Vladislav Kulaçın durumuna da aydınlıq gətirib: “Kulaç 3-4 oyundur ki, matçlarda iştirak etmir. Son oyunda da məcburiyyətdən meydana buraxdıq. Tam hazır deyil. Ağrılar hiss etdi. Düşündük ki, pauza verək. Bizim üçün böyük itkidir. Heyətimizdə ən karyeralı futbolçudur. Şükürlər olsun ki, Filip yaxşı oynayır. Rəqib müdafiəsində təzyiq yaradırdı. İstəyərəm ki, Kulaç tez bir zamanda komandaya qayıtsın”.
“Sanki keçənilk ssenari təkrarlanır, ötən mövsüm Sərtan Taşqın, bu mövsüm Qismət Alıyev bombardirdir...” sualını R.Sadıqov belə cavablandırıb: “Hücumçulara diqqət daha böyük olur, müdafiəçilər onlara daha yaxın dayanır. Müdafiəçilər isə daha avantajlıdır. Buraxdığımız qoldan sonra Qismət yəqin özünü günahlandırırdı. Bundan sonra qol vurmaq xarakter tələb edir. O, özünü əsl kapitan kimi apardı. Buraxılan qoldan məyus olmadı, qələbə qolunu vurdu”.
Sadıqov Eldar Quliyevin ehtiyatda qalmasında da söz açıb: “Beş gün əvvəl oynamışdıq. Çox ağır qarşılaşma keçirmişdik. Həmin gün 90 dəqiqə meydanda olanlar çox yorulmuşdular. Ona görə bu güb müəyyən rotasiyalar etmişdik. 14-15 aktiv futbolçular var ki, onlarla rotasiya edirik. Dəyişiklik olanda isə bu, zəif performansla bağlı deyil. Bəzən rəqibə uyğun taktiki gediş edirik. Sonradan meydana daxil olanlar fəallıq göstərdilər”.
Sadıqov lider olmalarına baxmayaraq, çempionluq barədə düşünmədiklərini qeyd edib: “İndi qarşımıza hansısa fərdi nəticə qoymaq ancaq zərərimizə işləyər. Çempionatda çempionluğa oynayan komandalar var. Amma bizim əsas hədəfimiz mümkün qədər yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Rəhbərlik qarşımıza hədəf qoyub ki, Konfrans Liqasına gedək. Bu, kubokdan da ola bilər, birinci yerlə də, üçüncü yerlə də. Belə şey yoxdur ki, mütləq çempion olmalıyıq ya, ikinci. Hər oyuna yaxşı hazırlaşıb, yüksək yerlər uğrunda mübarizə aparırıq”.
Klopp "Real"a hücumçu təklif etdi
"Qarabağ"ın hazırlıq planı bilindi
"Barselona" ter Ştegenə təzminat ödəməyə hazırdır
"Liverpul"dan rəsmən yeni transfer
"Şamaxı" növbəti transferini açıqladı
“Neftçi”dən ayrılıb “Zirə”yə keçdi
Azərbaycan millisinin Latviyaya qarşı oyunundan - Video
Latviya – Azərbaycan matçından - Şəkillər
"Təhlükəli epizodlar yaratdıq" - Fernandu Santuş
Azərbaycan millisi Latviya ilə bərabərə qaldı
"Komo" onun üçün danışıqlara başladı
Ronaldo Yamal haqda nələr dedi?
Azərbaycan millisi Latviya ilə oyuna bu heyətlə çıxır
"Roma" loqosunu yenilədi - Şəkil
"İnter"dən yeni transfer
Mbappe PSJ-nin onsuz ÇL-i qazanmasından danışdı
"Arsenal"dan "Flamenqo"ya - Rəsmi
Özbəkistan prezidenti milli komandanı təltif etdi
"Biz İtaliyayıq, bu cür nəticə qəbuledilməzdir"
"Liverpul" Virtzin transferini bitirir
Norveçdən İtaliyaya 3 cavabsız qol - Video
Dünya futboluna ofsaydla bağlı yenilik gəlir
Millimizin rəqibindən səfər qələbəsi
Macarıstan millisi Bakıya məğlubiyyətlə gəlir
Əliyar Ağayev Rusiya millisinin oyununu idarə etdi
Millimizin Latviya ilə oyunöncəsi açıq məşqindən - Şəkillər
Toral millinin oyununa çıxmayacaq?
"Atalanta"nın yeni baş məşqçi təyinatı rəsmiləşdi
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırdı
Santuş kapitanlığı Emin Mahmudova qaytardı
Millimiz Qazaxıstana qalib gəldi
"Bizə qələbə lazımdır" - Emin Mahmudov
"Futbolçularımız çox istəklidirlər" - Fernandu Santuş
“Roma”da Qasperini dönəmi
"Atalanta" onunla razılaşdı
"Liverpul" bu qapıçını transfer edir
La Liqada mövsümün ən yaxşı oyunçusu seçildi
Bekhem "Cəngavər" adı alacaq
"Sabah"ın qapıçısı millidə 4 qol buraxdı