"Çox maraqlı oyun alındı. Qarşılılqı hücumlar şəraitində keçən matç oldu. İlk yarıda sanki sıxıldıq".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 8-ci turunda "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, ilk hissədə çətinlik çəkdiklərini, 2-ci hissədə daha yaxşı oynadıqlarını bildirib: "Hücuma çıxmaqda çətinlik çəkirdik, top bizdə qalmırdı. Ancaq ikinci yarıda başqa komanda olduq, başqa futbol oynadıq. Məni ən əsas komandanın xarakter göstərməsi, savadlı oynaması sevindirir. Oyun varsa, nəticə gələcək. Futbolçularıma təşəkkür edirəm. Hamı bir-biri üçün vuruşdu. Əvəzetmədən meydana girənlər ritmdən düşmədilər. Bəlkə də biz bu gün xal itirdik, qazanmadıq. Amma oyun baxımından qazandıq. Hər futbolçu artırır. Bu, məni sevindirir".
"Sabah"ın baş məşqçisi Murad Musayev oyun barədə danışarkən "Səbail"in ləğv olunan qolu haqda fikirlər söyləyib və həmin epizodda oyundankənar vəziyyətin olduğun deyib. Ş.Diniyev isə VAR hakiminin səhv qərar verdiyini qeyd edib: "Mənə telefonda göstərdilər, ofsayddan söhbət gedə bilməzdi. Xətt ötürmədən sonra çəkilmişdi".
Mütəxəssis futbolçusu David Qomisin sonradan meydana daxil olmasının səbəbini də açıqlayıb: "Qomis 30-35 dəqiqə oynamağa hazır idi. Son matçda zədələnmişdi. İki gün idi ki, məşq edirdi. Ya əvvəldən oynamalı idi, ya da sonradan qoşulmalı idi. Düşündüm ki, sonradan daha efefktiv olacaq".
Ş.Diniyev "Çox məyus olmusunuz" sualına belə cavab verib: "Uşaqların əziyyətinə heyfim gəlir. Onlar sona qədər vuruşdular".
Mütəxəssis Murad Musayevlə arasındakı dialoqdan da danışıb: "Biz həmkarıq. Heç vaxt bir-birimiz haqda fikir bildirməməliyik. Murad Musayev futbolla yaşayır. Belə insanları sevirəm. Oyunun içindədir. Hakimlərə təzyiq bəzən olur. "Barselona" bu gün hakimlərə təzyiq üzrə məşq keçir. Bu da futbolun bir hissəsidir. Murad Musayevin gedişlərinə hörmət edirəm. Sevinirəm ki, futbolun içində olanlardandır. Mən də balanslaşdırmaq istəyirdim".
O, "Bu gün Murad Musayevlə yarışa girmişdiniz, təzyiq edirdiniz" fikrinə münasibət bildirib: "Özü də rusca deyirdim".
Mütəxəssis "Bu gün "Sabah"la heç-heçə etdiniz, yoxsa hakim sizi qələbədən etdi" sualına cavab verərkən yalnız VAR hakiminin qərarından narazı qaldığını bildirib: "Hakimlik bir şey yoxdu. İdeal hakimlik etdi. Sadəcə bir epziod var idi. Ola bilər ki, VAR-ın günahı var. Çox vacib qol idi. Bilirdim ki, "Sabah" irəli gedəcəkdi, biz 3-cünü vurardıq".
Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər
2-ci liqada 6 oyunun hakimləri
Türkiyəyə qalib gəlsələr, 1 milyon mükafat alacaqlar
Haaland Premyer Liqanın ən yaxşısı seçildi
FİFA "Barselona"ya təzminat ödəyəcək
AFFA oyunları təxirə saldı
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
İran millisi həlak olan 179 məktəbli qızı belə andı - Video
UEFA tanınmış klubu bu mozaikaya görə cərimələdi
Klopp: "Salah daha 6-7 il ən yüksək səviyyədə oynaya bilər"
Musa Qurbanlı: “Azarkeşlər matçdan zövq aldılar”
"Napoli" Lukakunu cəzalandıra bilər
“Barselona” rəhhərliyi qəzəblənib
Alan Şirer qəza keçirdi
Emin Mahmudov: “Syerre Leone daha ciddi və güclü rəqibdir”
Messi DÇ-2026-da oynayacaqmı? - Skalonidən açıqlama
Almaniya millisində debüt etdi
Almaniya, Niderland və İspaniyadan qələbə
Azərbaycan millisinin vurduğu 6 qol- Video